Ağcabədi rayonunda 50 BK 182 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobi kanala düşüb, bir nəfər ölüb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə “Qarabağ” kanalının Hüsülü kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qiyamadınlı kənd sakini, 1980-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə digər sərnişinlərin olub-olmadığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.