Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Kürdəxanı rayonunda qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan 1988-ci təvəllüdlü Əliyev Ruslan Vaqif oğlu yolu keçərkən 90 SL 759 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil onu vurub. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub.