Bu gün axşam saatlarında Bakı-Quba yolunda  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən məlumata görə, hadisə magistralın Gəndob kəndi ərazisində qeydə alınıb.  "Mercedes" və " VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər də xəsarət alıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.