Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 17-də Azərbaycana səfərə gəlib.

Unikal.org xəbər verir ki, Nurlan Niqmatulini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.