Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Şəhidlər xiyabanını ziyarət edib.

Unikal.org xəbər verir ki, Ukraynanın dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.