SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq.

Unikal.org xəbər verir ki, bu sözləri dekabrın 17-də Prezident İlham Əliyev Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, 4 neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.