Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya Azərbaycana səfərə gəlib.

Unikal.org-un məlumatına görə, 16 və 17 dekabr tarixlərində Bakıda səfərdə olan Ukrayna prezidenti ölkə başçısı İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşüb.  Vladimir Zelenski səfəri Azərbaycan və Ukrayna xalqı tərəfindən də çox maraqla qarşılanıb. 

Sosial şəbəkələrdə də milyonlarla insan Zelenskinin Bakı səfərini yüksək qiymətləndiriblər. 

Vladimir Zelenski: "Hörmətli İlham Heydər oğlu, Azərbaycana dəvət etdiyinizə və səmimi qəbula, eləcə də ölkələrimiz üçün vacib bütün məsələlər üzrə aparılan açıq və konstruktiv dialoqa görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ukraynaya edəcəyiniz səfəriniz zamanı bu dialoqun davam etdirilməsinə şad olaram. Əminəm ki, birgə səylərlə biz dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı möhkəmlədə bilərik.

Yaşasın Ukrayna, yaşasın Azərbaycan!"

Həmçinin Ukrayna prezidentinin Azərbaycana və azərbaycanlılara qarşı  olan sevgisi də nəzərdən yayınmır.

Vladimir Zelenski: "Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyilir: “Xalqların dostluğu sülhün təməlidir”.

Onu da deyək ki, səfər zamanı Azərbaycanın Baş naziri Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Zelenskiyə Bakının gəzməli-görməli yerlərini göstərib. 

Zelenski Bakının gözəlliyinə heyranlığını Ukrayna xalqına görüntüləri ilə nümayiş etdirib.