Prezident İlham Əliyev AMEA Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Məcid oğlu Fərzəliyevi ordenlə təltif edib.

Unikal.org xəbər verir ki, ölkə başçısının sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilsin".