Prezident İlham Əliyev Elmira Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.