Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı Mühəndislər Universitetinin yanında qeydə alınıb.

Hələki şəxsiyyəti məlum olmayan 40-45 yaşlarında kişini avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.