Qusar rayonu ərazisində traktor aşıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, dekabrın 22-nə keçən gecə Qusar rayonunun Gican kəndi ərazisində kənd sakini Zaliddin Əhmədxanov “T-25” markalı traktoru aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölüb.