Bu gün axşam saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, rayonun Arbatan kəndinin “İrəvanlılar” məhəlləsində yaşayan 46 yaşlı Elçin Əziz oğlu Əliyev özünü yaşadığı evin həyəindəki yardımçı tikilidə asaraq intihar edib.

Elçin Əliyevın son zamanlar əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.