Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Qovlar ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Anar Şirinov müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.