Əməkdar artist Elza Seydcahan  2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu barədə Unikal.org-a müğənninin özü məlumat verib.

O, bildirib ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb:

"Mən həmin dairədən 2015-ci ildə namizədliyimi irəli sürmüşdüm. Allahın köməyi ilə, qismət olarsa, yenə həmin dairədən deputat olmaq istəyirəm. Mən 2015-ci ildəki "Nə gec, nə tez, tam zamanında gəldim" şuarımla seçkilərə qatılıram".

Gülayə Mecid