Şəmkirdə 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Şəmkir rayonunun Sabirkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.