Şirvanda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Unikal.org FHN sayıtına istinadən yaydığı məlumatda deyilir: 

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər." 

Şirvanda ağır yol-nəqliyyat hadisəsi zamanı “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb. 

Qəza nəticəsində dörd nəfər ölüb. Ölənlərin üçü qadın, biri kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş. 

Şirvanda baş verən yol qəzasında ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bunlar Salyan rayon Marışlı kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri - 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər (sürücü) oğludur.