Gəncə şəhərində ana və az yaşlı övladı dəm qazından zəhərlənib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə şəhərin "pasyolka" adlanan ərazisində qeydə alınıb.

26 yaşlı Gülər Quluzadə adlı qadın və onun 5 yaşlı oğlu Nurlan Quluzadə dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib,vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.