Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd ərazisində "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq digər iki "VAZ-2106" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərin birində sərnişin olan 1974-cü il təvəllüdlü Afət Musayeva yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.