Xəbər verdiyimiz kimi Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Unikal.org xəbr verir ki, həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

***14:25

Gədəbəy rayonunda yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov, 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev və 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.