Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, qəza rayonun Saloğlu qəsəbə ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.