ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymanini öldürərək Yaxın Şərq üçün yeni və təhlükəli yola çıxıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

"Təəssüf ki, amerikalılar region üçün olduqca təhlükəli ola biləcək yeni yola çıxıblar. Buna görə hazırkı şəraitdə dost ölkələrin daha çox sıx məsləhətləşməsi və koordinasiyası lazımdır", - deyə Ruhani Tehranda Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşündə bildirib.

Ruhani əlavə edib ki, ABŞ general Qasım Suleymanini “ən cinayətkar obrazla" öldürüb, hansı ki, "terrorizmlə dünya mübarizəsini təcəssüm etdirirdi".

Onun sözlərinə görə, Vaşinqton buna görə cavab verməli olacaq.