Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.  

Unikal.org apa-ya istinadən xəbər verir ki,  rayonun Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib. 

Onun müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. 

Hadisənin səbəbləri araşdırılır.