Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qız qaçırılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, yeniyetməni özündən kiçik qardaşı ilə səhər məktəbə gedərkən 18 yaşlı oğlan evlənmək məqsədilə zorla qaçırıb. Hadisə böyük narazılıq doğurandan sonra oğlanın yaxınları qızı ailəsinə qaytarıb. Qızın ailə üzvləri oğlanın həbsini tələb edirlər.

Yeniyetmə qızın psixoloji travma aldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.