Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ayağındakı problemə görə bıçaq altına yatacaq. Əməliyyata dörd peşəkar cərrah girəcək. Onlardan ikisi Türkiyədən dəvət olunub. Digər iki nəfər isə ölkəmizdəki peşəkar cərrahlardır.

Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək:"Uzun müddətdir ayağımda problem var. Bu ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək.

Ümid edirəm ki, yaxşı keçəcək. Həkimlər buna ciddi hazırlaşıblar. Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım".