Bütün dünyaya təsir edən və 4 mindən çox insanın ölümünə səbəb olan koronavirus dünyaca məşhur aktyor Tom Hanks və həyat yoldaşı Rita Vilsonda da aşkarlanıb. 

Unikal.org xəbər verir ki,  63 yaşlı amerikalı aktyor Tom Hanks və həyat yoldaşı Rita Vilson sosial şəbəkədə koronavirusun nəticələrinin müsbət çıxması barədə paylaşım ediblər. 

Belə ki, Avstraliyada olan cütlük xəstəxanaların birinə bədən ağrıları, halsızlıq şikayətləri ilə müraciət ediblər.  Tibbi müayinə zamanı məşhur kino ulduzlarında koronavirus aşkar olunub. Daha sonra Hanks, sosial şəbəkədə həyat yoldaşı ilə bir müddət karantində olacağını bildirib.  

Qeyd edək ki, cütlük  “Elvis Presli”nin həyatı haqqında çəkilən filmə görə Avstraliyada olublar. 

Gülayə Mecid