Koronavirusla əlaqədar Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” fəaliyyətə başlayıb.
Bu barədə Unikal.org-a Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.
“Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan “qaynar xətt” yaradılıb, - deyə məlumatda qeyd edilir.