Abşeron rayonunda  ticarət mərkəzində yanğın baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Novxanı qəsəbəsində yerləşən "Dalğa" Ticarət Mərkəzininin həyətində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğının qarşısı alınıb.

Famil Fərhadoğlu