Misirdə KOVID-19 virusundan ölənlərin sayı 40 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat verib. Qeyd olunub ki, son bir sutkada xəstəlikdən daha 4 nəfər dünyasını dəyişib. Onların hamısı Misir paytaxtının sakinləridir.

Nazirliyin məlumatında bildirilib ki, martın 29-da ölkədə koronavirusa 33 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 609 nəfərə çatıb. Eyni zamanda, ötən gün 11 xəstə müalicə olunaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam müalicə olunanların sayı 133 nəfərdir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed bildirib ki, hazırda ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Bundan başqa, Misirin 27 vilayətinin hər birində xüsusi xəstəxanalarda virusa yoluxanlar karantin şəraitində müalicə olunurlar.