Bütün dünyanı təsir edən koronavirusun yeni növü (COVID-19) yaratdığı qorxu və həssaslıq kiberhücumçılar tərəfindən zərərli məqsədlər üçün istifadə olunur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yanvar-mart dövrlərini əhatə edən Kiber Təhdid Vəziyyəti Hesabatından “STM ThinkTech”in hazırladığı məlumata görə, pandemiya elan edilmiş COVID-19, cəmiyyətdəki həssaslığı istifadə etmək niyyətində olanlara kiberhücumlar üçün qapı açır.

Ümumdünya Səhiyyə Təşkilatı və xəstəliklərin gedişatı ilə əlaqədar bir çox qurum tərəfindən yayımlanan Kovid-19 xəritələrindən başqa, zərərli proqramlar yüklənmiş “real vaxt koronavirus xəritələri” adı altında istifadəçiləri aldadan saxta tətbiqlər də mövcuddur.

Bir çox istifadəçinin məlumatlarına bu tətbiqlər vasitəsilə həyata keçirilən kiber hücumlar vasitəsilə daxil olur. Şəxsi məlumatlar istifadəçilərə casusluq edən saxta tətbiqetmələrlə fotoşəkillərə, videolara, kameralara və mikrofonlara girməklə tutulur.

Hesabatda təcavüzkarlar və vətəndaşları hədəf alan və özlərini “CIMER Elan Qrupu” adlandıran fəaliyyətlərindən də xəbərdarlıq edilir.