Sinqapur Milli Universitetinin alimləri müəyyən ediblər ki, gənclər daha çox mədə-bağırsaq traktının xərçəngindən əziyyət çəkirlər. 

“Unikal” xəbər verir ki, araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc edilib.

Bir çox ölkələrdə gənclər arasında xərçəng xəstəliyinin artması bir sıra amillərlə əlaqələndirilə bilər: qidalanma, həyat tərzi və yuxu rejiminin dəyişməsi, piylənmə, antibiotiklərdən istifadə və havanın çirklənməsi.

Mütəxəssislər 17 müxtəlif məlumat bazasında ümumilikdə 562 145 gəncin tibbi qeydlərini təhlil ediblər. Ümumilikdə, 50 yaşa qədər insanlar arasında xərçəngə tutulma halları o qədər artıb ki, 2010-cu illə müqayisədə 2019-cu ildə hər 100 min nəfərə əlavə olaraq 3 tutulma halı aşkarlanıb.
Mədə-bağırsaq xərçəngi nisbətləri 30-39 yaş arası insanlarda xərçəngin bütün erkən formaları arasında ən sürətlə artan xəstəlik olub. Yaşlılarda bu xərçəngin tezliyi ya sabit qalıb, ya da azalıb.

Alimlər bu tendensiyanın nə ilə bağlı olduğunu bilmədiklərinə görə daha bir sıra tədqiqat aparmağı planlaşdırırlar.

Nuranə Abbasova