Yaponiyanın Osaka Universitetinin alimlərinin fikrincə, metabolik sindrom - piylənmə, şəkərli diabet, insulin müqaviməti və maddələr mübadiləsinin pozulması insanlarda mədəaltı vəzi xərçənginə səbəb ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə “EClinicalMedicine” nəşri məlumat yayıb. Araşdırma zamanı 4,6 milyondan çox insanın tibbi məlumatları izlənilib və məlum olub ki, metabolik sindromdan əziyyət çəkən insanlar mədəaltı vəzi xərçənginə daha çox meyllidirlər.

Qeyd edək ki, Yaponiyada metabolik sindromun standartı qadınlarda 85 sm-dən, kişilərdə isə 90 sm-dən çox bel ətrafının olmasıdır. Bundan əlavə, bu sindromu olan insanların qanında yüksək sıxlıqlı lipoprotein səviyyəsi aşağı, qan təzyiqi və qlükoza səviyyəsi yüksəkdir. Yapon alimləri qeyd ediblər ki, metabolik sindromun müalicəsi kursu həm də mədəaltı vəzi xərçənginin profilaktikası ola bilər. 

Gülayə Mecid