Koronavirüsün Türkiyəyə sıçramasının sonra alınan tədbirlər çərçivəsində bir çox serialın çəkilişləri dayandırılıb. 

Unikal.org xəbər verir ki, Türkiyənin məşhur seriallarından biri olan “Arka Sokaklar” seriyası qrupu, lazımi tədbirlər alaraq çəkilişləri davam etdirməyə qərar verib. 

Belə ki, koronavirus səbəbiylə dayandırılmış “Arka Sokaklar” serialının yeni bölümlərinin çəkilişləri, koronavirus tədbirləri çərçivəsində yenidən işə başlayıb. 

Lakin, serialda “Rza Baba”  rolunu canlandıran 77 yaşlı Zafer Ergin və 72 yaşlı serialın rejissoru Orhan Oğuz yaş məhdudiyyətlərinə, əsasən, serialda iştirak edə bilməyəcək.