Türkiyənin ustad sənətkarı İbrahim Ttalısəsin qızı Dilan Tatlısəs ilə eşq yaşayan müğənni Levent Dörter  Dilanla birlikdə olmağının 5 illiyini qeyd edib. 

Unikal.org xəbər verir ki, bu yaxınlarda koronavirus testinin müsbət çıxan müğənni Levent Dörter, sevgilisi Dilan Tatlısəsə sosial şəbəkə üzərindən 5 illik sevgi münasibətlərini bu cür təbrik edib.

Belə ki, Levent Dörter sosial şəbəkə hesabından, sevgilisinin, onun koronavirus testi müsbət olduğunu öyrəndikdə ağlayan bir fotosunu paylaşaraq, “Həyatınızdakı ən çətin anlarında sizin üçün göz yaşı tökən biri varsa, çox şanslısınız. 5 illik sevgimizi təbrik edirəm. Sevgilim” deyə paylaşım edib.

Müğənninin bu paylaşımına Dilan Tatlısəs, “Məni bitirmək istəyirsən”  başlıqlı rəy bildirib

“Beləliklə, hamı ağlayanda sevgilim necə gözəl olduğumu gördü. Məqsədin məni bitirməkdir! Şükürlər olsun ki, səni çox sevirəm” deyə cavablandırıb.