Dünyanın ən gənc milyarder qadını olan, baxımlı və iddialı görünüşü ilə göz qamaşdıran Kylie Jenner bu dəfə pərəstişkarlarını təəccübləndirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən gənc milyarder adını daşıyan Kylie Jenner makiyajsız və çılpaq ayaqları ilə küçədə gəzərkən görüntülənib.

Jurnalistlərin obyektinə tuş gələn Kylie Jenner, kameralara gülümsəyərək, sevincli əhval-ruhiyyəsi ilə diqqət çəkib.