Dünya şöhrətli müğənni Cennifer Lopez və nişanlısı Alex Rodriguez sosial şəbəkə hesabındakı açıqlamaları ilə gündəm yaradıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlarda koronavirus epidemiyası səbəbiylə dəbdəbəli həyatlarında karantində  olan Cennifer Lopez və Alex Rodriguez, sosial şəbəkə  hesablarında yazdıqları şərhlərdə insanları “ evdə qal”  çağırışı ediblər. 

Daha sonra cütlük karantində olsalar da, yeni yatırımlarına hazırlaşdıqları iddia ediblər.

Belə ki, ümumi sərvəti 700 milyon dollardan çox olan cütlüyün dünyanın ən məşhur beysbol komandalarından biri olan “New York Metz”i almağı planlaşdırdığı qeyd edilib. 

Cütlüyün bu paylaşımı Amerika xalqında gündə yaradıb.