Türk musiqisinin sevilən müğənnilərindən Yıldız Tilbe, koronavirus pandemiyası səbəbindən evində karantin vaxtını səmərəli keçirməyə çalışıb. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, evdə tək qalmaqdan bezən Tilbe, sosial şəbəkə hesabından canlı yayım edərək izləyiciləri ilə görüşüb. Lakin, Tilbe yayım zamanı bədbəxt bir qəza yaşayıb.

Yıldız Tilbe, efirdə olarkən təsadüfən kameranı çevirib  və  masada olan şəxsi əşyaları görüntülənib.

Belə ki, efirə çıxmadan öncə  istifadə etdiyi dodaq boyası və dırnaq lakı masada görünsə də, daha çox diqqət çəkən, müğənninin siqareti də kameraya əks olunub.

Daha sonra, canlı yayımında Yıldız Tilbe karantin müddətində yaşadıqlarını bu sözlərlə izah edib: “Karantin içərisində yeyirəm, içirəm, yatıram və televizora baxıram. Mən tənbələm. Özümü korlandım! Özümü paslı bir maşın kimi hiss edirəm” deyə fikir səsləndirib.