Türkiyənin məşhur aktrisası Yasemin Özilhan sosial şəbəkə hesabında paylaşdığı son fotosu ilə gündəm yaradıb.

Unikal.org xəbər verir ki, Türkiyənin FOX TV ekranlarında “Möcüzə doctor” serialına qonaq aktrisa  kimi “Ela” obrazı ilə qatılan Yasemin Özilhan sosial şəbəkə hesabından izləyicilərini təəccübləndirib.

Belə ki, İnstaqram hesabındakı yazıları ilə diqqəti cəlb edən Yasemin Özilhan, son fotosu ilə yenidən gündəm yaradıb. Məşhurun kəskin dərəcədə arıqladığını  və onurğa sümüyünün çıxdığı fotosunu paylaşıb.

Digər tərəfdən Yasemin Özilhanın  bu paylaşımına 55 mindən çox bəyənmə və şərh gəlib. Sevənləri aktrisanın bu fotosuna “Zəiflikdən sonra bu hansı səviyyədədir?”, “Nə qədər zəif olduğuna diqqət yetirin, gözəl insan” deyə şərhlər gəlib.