“Qaranlıq kraliçası” ləqəbli qara dərili model Nyakim Gatvech, Ginnesin rekordlar kitabına görə dünyanın ən qara adamı seçilib. 

Unikal.org xəbər verir ki, təəccüblü şəkildə qara rəngdə olan məşhur model qısa müddətdə bir çox insanı özünə cəlb edə bilib. 27 yaşlı gözəl model cazibədar dəri rəngi ilə Ginnesin rekordlar kitabına daxil olub.

Qeyd edək ki, Nyakim Gatvechin dəri rəngi, normal olaraq dəridə, saçda, göz membranlarında, beynin bəzi bölgələrində, bəzi melanik adlanan və tirozinin artması səbəbindən meydana gələn melanin adlı qaranlıq rəngli bioloji piqment xəstəliyinə malikdir. Dərin piqmentli dərisi və güclü qətiyyəti ilə ənənəvi gözəllikdəki əngəlləri aşan 27 yaşlı model bir çox insanın təəccübünə səbəb olub.