Məşhur türkiyəli 64 yaşlı modelyeri Nur Yerlitaşın ölümündən sonra vəsiyyəti ortaya çıxıb.

Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, aylardır xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi iki gün öncə yatağından yıxılaraq ayağını sındırıb.

Dərhal xəstəxanaya aparılan Yerlitaş daha sonra evdə müalicə olunub. Ötən gün isə vəfat edib. Nur vəsiyyət edib ki, 7 il öncə vəfat edən anası Səadət Yerlitaşın yanında dəfn olunsun.