Müğənni Hadisə koronavirus təhlükəsi səbəbindən 20-yə yaxın konsertini ləğv edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1 aydan çoxdur evdə oturan sənətçi bu günə qədər 1 milyon TL (təxminən 243 min manat) itirib.

34 yaşındakı pop ulduz karantin günlərində evdə boş dayanmır. O, gündə 3 dəfə onlayn dərs keçir. Eyni zamanda gün ərzində rəqs, musiqi və idmanla məşğul olur

Məşhur müğənni aktyor sevgilisi Kaan Yıldırımla evdə əyləncəli vaxt keçirdiyini bildirib.