COVİD-19 epidemiyası səbəbindən dayandırılan Cəbəllütariq çempionatına yekun vurulub.

Unikal.org xəbər verir ki, çempionatı iyulun 20-dən tez bərpa etməyin mümkün olmadığı bildirilib. Vaxtından tez yekunlaşdırılan çempionatda avrokuboklarda mübarizə aparacaq komandalar turnir cədvəlinin hazırkı vəziyyətinə görə bəlli olub.

Belə ki, turnir cədvəlinə başçılıq edən “Europa” Çempionlar Liqasında, ikinci pillədə qərarlaşan “Sent-Jozef” və üçüncü yeri tutan “Linkoln” Avropa Liqasında mübarizə aparacaq.