2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı özünün "Facebook"  hesabında paylaşım edib.

Cəsədi tapılan neftçilər Əliyev Əyyub Xəlil oğlu və Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur. Bildirlir ki, cəsədləri tapılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər onların üzərində olub.