Bakıda marketdə oğurluq hadisəsi baş verib.

Unikal.org “Report"a istinadən xəbər verir ki,  hadisə aprelin 21-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “OBA market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketdən ərzaq məhsulları oğurlayıb.

Daha sonra bu barədə polisə məlumat daxil olub.

Binqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Hüseynova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdrıma aparılır.