Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.

Unikal.org-un xəbərinə görə, ilkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

*** 09:38

Sumqayıtda iki marşrut avtobusu toqquşub. 

Unikal.org Apa-ya istinadən xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.