Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza şəhərin əsas giriş hissəsində, Sülh prospektində  qeydə alınıb. Belə ki, SOCAR-a məxsus "Hyundai" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü  və onun sərnişini ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.