Fövqəladə Hallar Nazirliyinin əməkdaşları quyuya düşən iribuynuzlu heyvanı oradan çıxarıblar.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə, Şəmkir rayonunda iribuynuzlu heyvanın dərinliyi 1 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.