Tacikistanda COVID-19-a yoluxanların sayı artıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 204 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 414 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Tacikistanda 1 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 36 nəfər vəfat edib (son 24 saat ərzində 3 nəfər ölüb), 4 326 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.