Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Sudan, Misir, Yəmən və Mavritaniyada koronavirusun yayılması səbəbindən bayram namazı təxirə salınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusun yayılmasının qarşısının alınması məqsədilə bayram namazı evlərdə qılınması barədə qərar verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər və Yəmən bazar gününü Ramazan bayramının ilk günü elan edib.