Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

 Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.