Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org  xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost Azərbaycana və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram".